Accessibility links

Azərbaycanın ilk dünya çempionu - Aydın İbrahimov [Video müsahibə]


Azərbaycan güləşinin canlı əfsanəsi, dünya və Avropa çempionu, "Neftçi" klubunun ilk prezidenti Aydın İbrahimov böyük idmana gəlişindən danışır.

​Bakıya gəlişi ilə idmanda uğurlarını davam etdirən Aydın İbrahimov Azərbaycan respublikasının çempionluğuna yüksəlir.

Tarixində heç bir idman növü izrə dünya çempionluğu olmayan Azərbaycana bu fəxri adı məhz Aydın İbrahimov qazandırır.

SSRİ dövründə "Dinamo" yığmasının baş məşqçisi, SSRİ yığma komandasının ikinci məşqçisi, Yuqoslaviya komandasının baş məşqçisi, tarixdə ilk dəfə 5 tələbəsi ilə 1980-ci il Olimpiya Oyunlarında 5 olimpiya çempionunu yetişdirən, SSRİ tarixində ilk dəfə 57 kiloqram çəkidə ilk güləşçi kimi dünya çempionluğunu qazanan Aydın İbrahimon Azərbaycanın güləş məktəbinin hazırkı durumu ilə bağlı də tövsiyələr irəli sürür.

XS
SM
MD
LG