Accessibility links

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağı realdırmı? [Video]


Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağı realdırmı?
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağı realdırmı?

Son günlər Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olacağı ilə bağlı bəyanatlar səsləndirilir.

Azərbaycan parlamentinin üzvü Əli Hüseynli Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı bu quruma üzv ola biləcəyini bildirib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində bildirib ki, təşkilata üzvlüklə bağlı bəyanat siyasi niyyət yox, ölkə daxilində və xaricində reaksiyaların yoxlanması üçün nəzərdə tutulub.

''Quruma üzvlük bəyanatların səslənməsi onunla bağlıdır ki, bir tərəfdən Ermənistana mesaj göndərilir ki, əgər döyüşlər Qarabağ ərazisi ətrafında keçiriləcəksə həmin təşkilatın bu ərazilərə aidiyyatı və ya mandatı olmadığı üçün həmin ölkələr Ermənistana hərbi dəstək verə bilməzlər.''

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə düşünür ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinə yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra baxıla bilər.

''Biz hamımız başa düşürük ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə aid mövqeyi, daha doğrusu bəzi dairələrin mövqeyi gətirib ona çıxarıb ki, bu münaqişə həll olunmur. Rusiya təhlükəsizlik çətiri imkan verir ki, Ermənistan danışıqlarda çox radikal mövqedən çıxış edir. Faktiki olaraq danışıqlarda irəliləyişə imkan vermir.''

Siyasi ekspert Eldar Namazov əlavə edib ki, bu həm də qərb ölkələrinə bir mesajdır ki, BMT-nin Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsinə çalışmalıdır.

''Bu eyni zamanda qərbə, ABŞ-a və Fransaya mesajdır ki, siz Minsk qrupunun həmsədrləri kimi niyə 25 ilin içərisində Ermənistana təzyiq etməmisiniz ki, işğal etdiyi ərazilərdən çıxsın.''

SSRİ-nin dağılmasından sonra təhlükəsizlik sahəsində yaranmış boşluğu doldurmaq üçün Rusiya 1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaradıb.

1994-cü ildə Azərbaycan və Gürcüstanda bu təşkilatla 5 illik müqavilə bağlasa da, 1999-cu ildə hər iki ölkə və Özbəkistan müqaviləni yeniləməkdən imtina edib.

Hazırda bu təşkilatın Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan olmaqla 6 üzvü var.

XS
SM
MD
LG