Accessibility links

Azərbaycanlı mütəxəssislər ABŞ-da idman idarəçiliyini öyrənir


İdman və təhsil sahəsində çalışan 8 mütəxəssisdən ibarət nümayəndə heyəti Amerikaya səfərə gedib.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazır ki, nümayəndə heyəti Beynəlxalq Mütəxəssislərin Liderlik Proqramı (IVLP) çərçivəsində ABŞ-da idman idarəçiliyi barədə öyrənəcək.

AzZərbaycanıllar ABŞ-da səfərdədir
AzZərbaycanıllar ABŞ-da səfərdədir

“Proqram müddətində nümayəndə heyəti amerikalı həmkarları ilə fikir mübadiləsi aparacaq və idman təhsili proqramlarının ABŞ-da və dünyada rolu haqqında daha geniş məlumat əldə edəcək. Bundan əlavə, onlar fərdi və ictimai əməkdaşlığın idmanın inkişafına necə kömək edə biləcəyi yollarını müzakirə edəcək”.

Hazırda nümayəndə heyəti Vaşınqtondadır və onlar səfər çərçivəsində Kolorado, Şimali Karolina və Boston da olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG