Accessibility links

Azərbaycan və Böyük Britaniya hərbi-texniki əməkdaşlığı müzakirə edib


Zakir Həsənov və Kerol Meri Krofts
Zakir Həsənov və Kerol Meri Krofts

Noyabrın 22-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Kroftsu ilə görüşdə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq üçün böyük potensial olduğunu və bu imkanların genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Görüşdə həmçinin hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi, hərbi ingilis dili kurslarının davam etdirilməsi və bu kursların dinləyicilərinin sayının artırılması zərurəti vurğulanıb.

Tərəflər həmçinin müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG