Accessibility links

Azərbaycan Səfirliyi: Qazaxıstanda zərər görən Azərbaycan vətəndaşları barədə məlumat daxil olmayıb


Qazaxıstanda Azərbaycan Səfirliyi

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu yanvarın 10-da yenidən bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

Azərbaycan Səfirliyinin tviter hesabında yayılan müraciətdə deyilir ki, baş verən hadisələr nəticəsində zərər görən Azərbaycan vətəndaşları barədə indiyədək səfirliyə məlumat daxil olmayıb.

“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir. Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik,” müraciətdə qeyd edilir.

Qazaxıstanda nümayişlər bir həftə əvvəl yanacağın bahalaşmasına cavab olaraq başlayıb, lakin sonradan hökumətə qarşı daha geniş etirazlara çevrilib.

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin ofisi bir həftə davam edən iğtişaşlardan sonra yanvarın 9-da bildirib ki, “ölkənin bütün bölgələrində vəziyyət sabitləşib”.

Tokayev yanvarın 7-də televiziya vasitəsilə çıxışı zamanı nümayişçiləri öldürmək üçün təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri verib.

Prezident administrasiyası yanvarın 9-da bildirib ki, bir həftə ərzində Qazaxıstan təhlükəsizlik qüvvələri 26 nümayişçini öldürüb, 5800 nəfəri həbs edib. Bəyanatda həbs olunanlar arasında “xeyli sayda xarici vətəndaşların” olduğu bildirilib.

İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həyatını itirib.

Reuters xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinad edən Rusiyanın Sputnik agentliyinə istinadən yanvarın 9-da Qazaxıstanda son bir həftə ərzində baş verən iğtişaşlar nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 164 nəfərin öldüyü haqda məlumat verir.

Səhiyyə nazirliyi Qazaxıstanın ən böyük şəhəri olan və ən şiddətli toqquşmaların baş verdiyi Almatıda 103 nəfərin öldüyünü bildirib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG