Accessibility links

Azərbaycan Eurovision-2011 mahnı müsabiqəsinin qalibidir (VİDEO)


Azərbaycan Eurovision-2011 mahnı müsabiqəsinin qalibidir (VİDEO)
Azərbaycan Eurovision-2011 mahnı müsabiqəsinin qalibidir (VİDEO)

Azərbaycanın Ell/Nikki dueti “Eurovision-2011” mahnı müsabiqəsinin birincisi olub. Duet finalda 221 ball toplayaraq inamlı qələbə qazanıb.

Azərbaycanın Ell/Nikki dueti ( Eldar Qasımov və Nigar Camal) Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” mahnı müsabiqəsinin birincisi olub. Duet finalda 221 xall toplayaraq inamlı qələbə qazanıb.

Azərbaycanlı gənc müğənnilər “Running Scared” (“Geri baxmadan qaçıram”) mahnısını ifa edib. İkinci yeri İtaliyalı Raphael Gualazzi (189 xall) tutub, isveçli Eric Saade üçüncü olub.

Qələbə paytaxt Bakının küçələrində böyük sevinclə qarşılanıb. Əllərində Azərbaycan bayraqları yelləyən yüzlərlə adam Azadlıq meydanına axışıb. Polis yürüşün qarşısını almayıb.

Müsabiqənin şərtlərinə görə, növbəti mahnı müsabiqəsi qalib müğənnilərin təmsil etdiyi ölkədə keçirilir. Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

Azərbaycan 2008-ci ildən bu mahnı müsabiqəsində iştirak edir.

XS
SM
MD
LG