Accessibility links

Azərbaycan hərbçiləri çoxtərəfli təlimlərdə iştirak edib


Təlimlər “Qara Dəniz Rotasiya Qüvvəsi - 2012” adı altında Rumıniyada keçirilib

Azərbaycan hərbçiləri mayın 7-dən 18-dək “Qara Dəniz Rotasiya Qüvvəsi - 2012” çoxtərəfli təlim məşqlərində iştirak edib.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə,

Mayın 6-da Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun 75 əsgəri 2 ABŞ hərbi təyyarəsi ilə Rumıniyanın Konstansa şəhərinə yola düşüb. Orada mayın 7-18 tarixində “Qara Dəniz Rotasiya Qüvvəsi - 2012” çoxtərəfli təlim məşqlərində iştirak edib.

Qoşunları Bakı yaxınlığındakı Nasosnı hava bazasından Amerika səfirliyinin müdafiə attaşesi polkovnik Daniel Grillon, səfirliyin Müdafiə Əməkdaşlığı İdarəsinin rəhbəri leytenant-polkovnik Kelli MakDonald, Oklahoma Milli Mühafizə İdarəsindən İkitərəfli Məsələlər üzrə rəis mayor Deyl Moss və Bakı Qarnizonunun Komandiri general-leytenant Kərim Vəliyev də daxil olmaqla, Müdafiə Nazirliyinin rəsmiləri yola salıb.

Artıq ikinci ildir ki, azərbaycanlı əsgərlər Qara Dəniz Rotasiya Qüvvəsi təlimlərində iştirak edir. Burada onlar ABŞ və Rumıniya qoşunları ilə birgə sülhməramlı əməliyyat təlimlərində iştirak edib. Təlimlərə nəzarəti Texas ştatının San Antoniya şəhərindən 4-cü Birləşmiş Ştatlar Dəniz Qüvvələri Korpusunun nümayəndələri həyata keçirir.

Məlumatda deyilir kii, bu yerləşdirmə ABŞ səfirliyinin Müdafiə Attaşesi idarəsi, ABŞ Avropa Komandanlığı və Azərbaycanın Müdafiə Nazirliyi arasında bir ildən çox davam edən birgə planlaşdırmanın nəticəsidir. Qara Dəniz Rotasiya Qüvvəsi təlimlərində əldə edilən təcrübə Azərbaycanın NATO Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun NATO qüvvələri ilə birgə sabitlik və sülhməramlı əməliyyatlar aparmaq qabiliyyətini gücləndirəcək.

XS
SM
MD
LG