Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti bu günlərdə İrana səfər edəcək. APA Agentliyinin məlumatına görə, İran tərəfinin dəvəti ilə gerçəkləşəcək səfər çərçivəsində iki ölkə arasında mövcud ictimai-siyasi əlaqələr, o cümlədən mətbuat, informasiya, teleradio və təbliğat sahəsindəki vəziyyət, həmçinin, gələcək əməkdaşlığın prinsipləri müzakirə ediləcək.
Səfər çərçivəsində İranda müxtəlif çevrələr tərəfindən aparılan anti-Azərbaycan, eyni zamanda Azərbaycanın müəyyən dairələrinin apardığı anti-İran təbliğatı, bu kimi xoşagəlməz halların qarşısının alınması məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.
Ə. Həsənovu səfərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Televiziya və Radio Şurası, Teleradio İstehsalat Birliyi və digəri qurumların nümayəndələri müşayiət edəcəklər.
İki ölkə arasında mövcud ictimai-siyasi əlaqələr, o cümlədən mətbuat, informasiya, teleradio və təbliğat sahəsindəki vəziyyət müzakirə ediləcək.