Accessibility links

Azərbaycan prezidenti 92 məhkumu əfv edib


Azərbaycan prezidenti 92 məhkumu əfv edib
Azərbaycan prezidenti 92 məhkumu əfv edib

75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs cərimə cəzasından azad edilib.

Prezident İlham Əliyev 92 məhkumun əfv olunması haqqında sərəncam imzalayıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, sərəncam əsasında 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilib.

Prezident Əliyev əmin olduğunu bildirib ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxararaq Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər.

XS
SM
MD
LG