Azərbaycan və Ermənistan məhbusların mübadiləsinə başlayır. Beynəlxalq Qırmızı Xac Komitəsinin bildirdiyinə görə, tərəflər avqust ayında ələ keçirilən azərbaycanlı serjant və 2009-cu ildə həbs edilən Ermənistan vətəndaşının mübadiləsini həyata keçirməlidir. Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyev məhbusların mübadiləsi və 1990-cı illərin əvvəllərində başlayan müharibədə həlak olanların cəsədlərinin geri verilməsi barədə razılığa keçən il gəlmişdi.