Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi: İran ordusunun Baş Qərargah rəisinin siyasi bəyanatı ən azı təəccüb doğurur


Azərbaycan Xarici İşlər Nazirliyi: İran ordusunun Baş Qərargah rəisinin siyasi bəyanatı ən azı təəccüb doğurur
Azərbaycan Xarici İşlər Nazirliyi: İran ordusunun Baş Qərargah rəisinin siyasi bəyanatı ən azı təəccüb doğurur

Baş Qərargah rəisi bildirib ki, islama qarşı bu siyasət davam etdirilərsə, onun sonu zülmət olacaq və Aran xalqının qiyamını yatırmaq mümkün olmayacaq.

İran ordusunun Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan dövlətini “islama hörmətsizlik” etməkdə günahlandırıb.

İranın “Mehr” agentliyinin məlumatına görə, Firuzabadi Azərbaycan hakimiyyətini ölkədə dindarların hüquqlarını pozmaqda və sionistlərin maraqlarını təmin etməkdə ittiham edib. “Bu siyasət davam etdirilərsə, onun sonu zülmət olacaq və Aran xalqının qiyamını yatırmaq mümkün olmayacaq”, deyə o qeyd edib.
General bildirib ki, “Aran xalqının damarlarında iranlı qanı axır, ürəkləri isə Quran və İslam sevgisi ilə doludur”.
Baş Qərargah rəisinin harada və nə üçün belə bəyanatla çıxış etdiyi bildirilmir.

Xatırladaq ki, İranın Baş Qərargah rəisi əvvəllər də dəfələrlə Bakının ünvanına analoji hədələr səsləndirib.

Azərbaycan Xarici İşlər Nazirliyi İran Ordusunun Baş Qərargah rəisinin hədələrinə cavab verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan öz xarici siyasətində heç bir müstəqil dövlətin daxili siyasətinə qarışmamaq prinsipini əsas tutur. Bunun yanaşı, Azərbaycan dövləti hansısa dövlətin öz daxili işlərinə qarışmasına heç bir zaman imkan yaratmayıb və bundan sonra da buna yol verməyəcək. “O ki, qaldı İran ordusunun Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin bəyanatına, hərbiçi tərəfindən səsləndirilən siyasi bəyanat ən azı təəccüb doğurur, Yaxşı olardı ki, hərbiçilər öz işləri ilə, siyasətçilər isə öz işləri ilə məşğul olsun”, - deyə o qeyd edib.

XS
SM
MD
LG