Accessibility links

Azərbaycanda altı min Çernobıl əlili var


Azərbaycanda altı min Çernobıl əlili var
Azərbaycanda altı min Çernobıl əlili var

Yeddi min nəfərdən çox azərbaycanlı Çernobıl qəzasının aradan qaldırılması işlərinə cəlb edilib. Onlar stansiyanın dördüncü blokunda baş verən qəzanın aradan qaldırılmasında iştirak edib. İndiyədək 2600 Çernobıl əlili və 2 mindən çox onların övladları vəfat edib.

Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov Amerikanın Səsi radiosuna müsahibəsində azərbaycanlıların Çernobıl qəzasının aradan qaldırılmasında iştirakı, Çernobıl əlillərinin vəziyyəti, onların uşaqlarının problemlərindən danışıb.

Sual: Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan artıq 25 il keçir. Azərbaycanda hazırda nə qədər Çernobıl qəzası iştirakçısı yaşayır?

Cavab: Yeddi min nəfərdən çox azərbaycanlı Çernobıl qəzasının aradan qaldırılması işlərinə cəlb edilib. Onlar stansiyanın dördüncü blokunda baş verən qəzanın aradan qaldırılmasında iştirak edib. İndiki anadək qəzanın aradan qaldırılması zamanı şüalanmaya məruz qalmış 2600 nəfər azərbaycanlı vəfat edib. Hazırda 5300 nəfər Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş azərbaycanlı əlildir. Qəza iştirakçılarının ailələrində 6 min nəfərdən çox uşaq doğulub. Atalarının çiyinlərində daşıdığı şüalanma onların övladlarında da özünü büruzə verib. Anadan olan uşaqların 2 minə qədəri müxtəlif yaşlarda vəfat edib. Qalan uşaqlara isə müxtəlif xəstəliklərə düçar olduğundan əlillik dərəcəsi verilib.

Hazırda Çernobıl Əlillər Cəmiyyətində altı mindən çox üzv var. Bunlar həm Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həm də onların övladlarıdır.

Ümumilikdə, keçmiş SSRİ-nin 850 min vətəndaşı Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edib.

Sual: O günləri necə xatırlayırsınız?

Cavab: Mən əsgəri xidmətdə idim. 18 yaşım var idi. Bizim hərbi hissənin əsgər və zabit heyətinin hamısı qəzanın aradan qaldırılmasına göndərilmişdi. Əvvəlcə, dördüncü blokda baş verən yanğının söndürülməsində iştirak etdik. Eyni zamanda, hərbiçilər 30 kilometr təhlükəsizlik zonasındakı əhalini evakuasiyasına cəlb edilmişdi. İnsanların şüalanmadan qorunması üçün heç bir təhlükəsizlik tədbirləri görülməmişdi. Əsgərlər hətta xüsusi geyimlərlə belə təchiz edilməmişdi.

Qəza zonasında robotlar işləyirdi. Amma, robotlar elə ilk andaca sıradan çıxdı və bundan sonra qəzanın aradan qaldırılması işlərini bütövlükdə insanlar həyata keçirdi.

Sual: Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsindən razısınızmı?

Cavab: Ölkədə Çernobıl əlillərinin hüquqlarını tənzimləyən xüsusi qanunvericilik aktı var. Bununla yanaşı, əlillərin sosial hüquqları ilə bağlı qanunlar da bizə şamil edilir. Bütün əlillər pensiya ilə təmin olunur, ildə bir dəfə pulsuz müayinə və müalicə keçirik, istirahət hüququmuz təmin edilib və hər il birdəfəlik pul yardımı alırıq. Çernobıl əlillərinə pulsuz ev və avtomobillər də verilir.

XS
SM
MD
LG