Accessibility links

Azərbaycanda hərbçilər yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib


Azərbaycanda hərbçilər yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib
Azərbaycanda hərbçilər yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib

Üç hərbçi yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib, bir nəfər qətlə yetirilib, bir nəfər yaralanıb

Yanvarın 10-da gecə saatlarında Azərbaycanın Ağstafa rayonunun ərazisində (Bakıdan 450 kilometr qərb) üç hərbçi yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.

Hərbçilər yanacaqdoldurma məntəqəsinin bir işçisini qətlə yetirib və hadisə yerindən qaçıb. Hadisə zamanı, hərbçilərdən biri də yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cinayəti hərbi hissələrdən birində xidmət keçən kiçik çavuş Sahib Əsgərov, əsgərlər Sənan Mehdiyev və Ulduz Ağayev törədib. Hər üç hərbçi həbs edilib.

Yerli medianın gümanına görə, basqın tamah məqsədilə törədilib.

Xatırladaq ki, iki il öncə də Azərbaycanda hərbi qulluqçular yanacaqdoldurma məntəqəsinə silahlı basqın etmişdi. Silahlı basqına Silahlı Qüvvələrin baş leytenantı, radikal dini cərəyanın üzvü olan Kamran Əsədov rəhbərlik etmişdi. Qrup Bakıda qərb ölkələrinin səfirliklərinə hücumlar və Qərbə qarşı silahlı cihada başlamağı da planlaşdırıbmış. Hüquq mühafizə orqanları həmin silahlı qrupun bütün üzvlərini həbs edib.

XS
SM
MD
LG