Accessibility links

Azərbaycanda kütləvi informasiya vasitələrinin dili maarifləndirmə üçün hansı səviyyədədir?


Azərbaycanda kütləvi informasiya vasitələrinin dili maarifləndirmə üçün hansı səviyyədədir?
Azərbaycanda kütləvi informasiya vasitələrinin dili maarifləndirmə üçün hansı səviyyədədir?

Jurnalistika kütləvi informasiya vasitələri işçilərinin fəaliyyət sahəsi və onların geniş kütləni maarifləndirmək gücünə malik olması deməkdir. Bu, jurnalistikanın izahıdır

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli hesab edir ki, KİV-nin dili qənaətbəxş deyil. O qeyd edir ki, obyektiv olaraq, bəzi sosial-siyasi səbəblərdən dilin gözəlliyi xırda sözlüklərlə ifadə olunur.”Avtoritarizm və totalitarizmin sözlükləri dar olur. Azərbaycan hazırda keçid dövrünü yaşayır. Sözlükləri bir az artıb.Lakin sözlərin işlədilməsi yerləri ilə bağlı bir çox problem mövcuddur”. Zeynal Məmmədli hesab edir ki, bu, təbii bir prosesdir.

Mütəxəssisin fikrincə, alınma sözlərin mənasını dəyişərək istifadə edilməsi və ya təhrifi problemi yeni bir məsələ deyil. O, siyasi vəziyyətin dəyişməsi və elmi inkişafların neologizm və terminlərdən istifadəni zəruriləşdirdiyini deyir. Zeynal Məmmədli bu yanlışlıqların dərinləşdirilməməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanda demokratiya ilə bağlı terminlərin ekvivalentlərinin tapılmamasını xüsusi qeyd edib. Cənab Məmmədli bunun dildən istifadə edənlərdən çox media dilinə təsir edən insanlardan asılı olduğunu bildirib. O deyib ki, mətbuatın dilinin inkişafı üçün işlək və normativ lüğətlərə ehtiyac durulur. Zeynal Məmmədli Qulu Məhərrəmlinin “Mediada işlənən alınma sözlər” və İsmayıl Məmmdəovun “Sinonimlər” lüğətini misal gətirsə də, bu lüğətlərin normativ olmadığını deyib. O, menecerlərin məsuliyyətsizliyi və qeyri-peşəkarlığı, redaksiyaların imkansızlığının əsas amillərdən olduğunu önə çəkib. Mütəxəssis hesab edir ki, orta məktəblərdə təhsil səviyyəsinin aşağı düşməsi və internetin ortaya çıxması KİV-nin dilinə təsir edir.

XS
SM
MD
LG