Accessibility links

Azərbaycanda medianın monitorinqi qanun pozuntularını aşkarlayıb


Azərbaycanda medianın monitorinqi qanun pozuntularını aşkarlayıb
Azərbaycanda medianın monitorinqi qanun pozuntularını aşkarlayıb

Mediada qanun pozuntuları cəmiyyətin məlumat əldə etməklə düzgün seçim etmək, namizədlərin öz baxışlarını ifadə etmək və ifadə azadlığı hüququna aiddir

Azərbaycan Media Monitorinqi İnstitutu parlament seçkilərinin mediada işıqlandırılması üzrə monitorinqin nəticələrini açıqlayıb. Monitorinq Avropa Şurasının Azərbaycanda parlament seçkilərinə dəstək üzrə Fəaliyyət Planı çərçivəsində keçirilib.
Monitorinq 8 televiziya kanalı - ANS, ATV, AzTV, OTV, Sport-Azerbaydcan, Xəzər, Lider, Space və 6 qəzet - Azadlıq, Azərbaycan, Bizim Yol, Yeni Azərbaycan, Yeni Müsavat, Zerkalo qəzetlərini əhatə edib.
Oktyabrın 7-dən noyabrın 6-dən keçirilən monitorinqin nəticələri hüquqların ciddi pozulduğunu aşkara çıxarıb.

Media Monitorinqi İnstitutunun eksperti Rəsul Cəfərov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, mediada qanun pozuntuları cəmiyyətin məlumat əldə etməklə düzgün seçim etmək, namizədlərin öz baxışlarını ifadə etmək və ifadə azadlığı hüququna aiddir. Seçki kampaniyası zamanı İTV-də 4 dəqiqəlik efir vaxtı istisna olmaqla, bütün televiziya kanalları seçkilərə az vaxt ayırıb. Belə ki, AzTV dövlət kanalı seçkilərə cəmi 1 saat 48 dəqiqə, özəl ANS telekanalı isə 1 saat 8 dəqiqə efir vaxtı ayırıb. AzTV müxalifətin AXCP-Müsavat blokuna bir saniyə belə vaxt ayırmayıb”.

Qəzetlərdə vəziyyət bir qədər yaxşı olub. Onlar seçkilərə daha çox diqqət yetirib.

Avropa Şurasının seçki kampaniyasının işıqlandırılması sahəsində eksperti Riçard Korve (Richard Corver) Avropa Şurasını üzv olan bütün ölkələrin seçicilərin, namizədlərin və mətbuatın hüquqlarına hörmət etmək öhdəliyi olduğunu xatırladıb. “Bu öhdəliklər Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Konvensiyası və digər beynəlxalq sənədlərlə tənzimlənir”- deyə o qeyd edib.

XS
SM
MD
LG