Accessibility links

Azərbaycanda turizmi (təhlil)


Azərbaycanda turizmi (təhlil)
Azərbaycanda turizmi (təhlil)

Hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Azərbaycanın istənilən regionuna quru, hava və dəmir yol nəqliyyatı ilə səyahət etmək mümkündür.

İyuldan başlayaraq Azərbaycanda temperaturlar çox istiləşib. Ölkə avqusta 42 dərəcə istiliklə keçib. Sinoptiklər istilərin ay ərzində davam edəcəyini bildirir. Belə ki, avqustda Bakıda və Abşeronda

gündüzlər +30 +35 dərəcə, ayrı-ayrı günlərdə +38 +40 dərəcə isti olacaq. Regionlarda da isti olacaq. Ən yüksək temperatur Naxçıvandadır +38 +42 dərəcə…

Reallıqda, belə isti havalar turistləri cəlb etməlidir. Yəni, Abşeronun isti havasına Xəzərin sahilboyu saysız-hesabsız çimərliklərini və dənizin “qızıl qum”unu da əlavə etsək xaricilərin sayı çox olmalıdır.

Azərbaycan prezidenti də 2011-ci ili “Turizm ili” elan edib.

Turizmi ilinin

yanvarda elan edilməsinə baxmayaraq hökumət “2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” adlı sənədi düz yeddi ay sonra iyulun 20-də təsdiq edib. Bu isə əslində Azərbaycan atalar sözündə deylidiyi kimi “toydan sonra nağara” effektinin göstəricisidir. Görünür hökumət “Turizmi ili” elan etməklə, bütün hazırlıq işlərinin həyata keçirildiyini düşünüb.

Amma, turistləri də aldatmaq mümkün deyil. Axı, heç kim “pulunun dəlisi deyil”. Elə, yayın istisində Xəzər çimərliklərində bəzi hallarad rus və nadir hallarda isə Anadolu türkcəsində danışıqlara rast gəlinməsi buna sübutdur. Doğrudur, çox bahalı çimərliklər də var. Oralarda əraziyə giriş 18-20 manatdan çoxdur. Hələ, xidmətlərin bahalığını demirəm.

Orta gəlirli Azərbaycan ailələri isə əsasən Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan turist obyektlərinə üstünlük verir. Buradakı qiymətlər və xidmətdən də razılıqla danışırlar.

Azərbaycanda istirahət neçəyədir

Turan agentliyinin məlumatına görə, Azərbaycanda turizm mövsümünün qızğın vaxtı olmasına baxmayaraq istirahət zonaları yarıboşdur. Atlas Travel turizm agentliyi bildirir ki, yerli turizm obyektlərində qiymətlər bahadır. “Bu il dünyada turistlər üçün qiymətlər ucuzlaşsa da, Azərbaycanda 5% bahalaşıb. Yerli turistlərə bir neçə region təklif edilir. Bunlar Quba-Xaçmaz, Qəbələ, Masallı, İsmayıllı və Lahıcdır. Orada iki nəfərlik evin bir günü 90 manat (113 dollar), 1 ailə üçün 130 manatdır (163 dollar). Bu qiymətə yalnız səhər yeməyi daxildir. Şam yeməyi və naharı istirahət edənlər restoranda sifariş verməlidir. Bu isə, sutkada 80-120 manata başa gəlir. Yəni 2 nəfərin istirahəti sutkada 220 manata (275 dollar), 10 gün 2200 manata (2750 dollar) başa gəlir. Azərbaycanda orta aylıq maaş 351 manatdır (439 dollar). Bu halda ölkədə dincəlmək hər kəsi cəlb etmir. Çoxları ölkədən kənara getməyə üstünlük verir.

Qiymətlər

Turan agentliyi nümunə üçün Azərbaycanın bir sıra turist obyektlərində qiymətləri dərc edib (manatla /1 gecə, 1 manat 1,25 dollardır): “Qaya” istirahət evi (Lahıc) 2 nəfərlik – 90, 4 nəfərlik - 130 (qiymətə təkcə səhər yeməyi daxildir); “7 gözəl” istirahət evi (Qəbələ) 2 nəfərlik – 60 manat (3 dəfə yemək); “Qız qalası” istirahət evi (İsmayıllı) 2 nəfərlik - 80 manat, 4 nəfərlik - 120 manat (qiymətə təkcə səhər yeməyi daxildir); “Qubaterras” istirahət evi (Quba) 2 nəfərlik - 70 manat, 4 nəfərlik – 130 manat, (qiymətə təkcə səhər yeməyi daxildir).

Atlas Travel turizm agentliyində deyirlər ki, 3 dəfə yemək, uçuş və sığorta da daxil Türkiyənin məşhur kurortlarında 1 adam 650 manata 7 gecə dincələ bilər. 4 nəfərlik ailəyə belə istirahət 2600 manata başa gələr. Aşağıda Türkiyənin kurortlarının qiymətləri verilir (manatla, qiymətə aviabilet, oteldə qalmaq, 3 dəfə yemək, transfer, sığorta daxildir): Antalya - 499, Bodrum - 633, Quş adası - 659, Mərmərə - 545, Şimali Kipr - 323 manatdır.

Gürcüstanda qiymətlər daha məqbuldur. Məsələn, Batumidə 7 gün istirahət 535 manatdır. Buraya aviabilet, oteldə qalmaq, 3 dəfə yemək, transfer, sığorta daxildir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, Gürcüstanda istirahət Azərbaycandakından 2 dəfə ucuzdur. “Qiymətin bahalığı turizm sahəsində əsas problemlərdən biridir. məhz bu səbəbdən vətəndaşlar çox vaxt qonşu ölkələrə gedir”, - deyə o qeyd edib.

Contact.az saytı yazır ki, xarici turistlərin Azərbaycana cəlb edilməsinə mane olan əsas problemlərdən biri də aviabiletlərin bahalığı və aeroportdakı yığımdır. Belə ki, rusiyalı turist 500-600 dollara Türkiyədə 1 həftə 4 ulduzlu oteldə qalmaq, 3 dəfə yemək, transfer imkanı və Moskva-Antalya-Moskva bileti əldə edir. Bu pula yalnız Moskva-Bakı-Moskva təyyarə bileti almaq olar. Qonşu Gürcüstandan isə İstanbula 79 avroya uçmaq olur.

Azərbaycana gəlməyin digər çətinlikləri

MDB ölkələrinin əksər vətəndaşları üçün Azərbaycana gələrkən viza almaq zərurəti yoxdur. Ancaq, Azərbaycana hazırda digər xarici ölkə vətəndaşlarının gəlməsində xeyli viza problemləri yaşanır. Belə ki, ötən ilədək istənilən ölkə vətəndaşı Bakı hava limanında ölkəyə giriş vizası ala bilirdi. Amma, qanunvericiliyə dəyişiklik edildikdən sonra xaricilər yalnız Azərbaycanın xarici ölkələrdəki konsul idarələrindən viza ala bilərlər. Bu isə, ölkəyə gəlmək üçün xərclərin artmasına səbəb olur. Digər tərəfdən, son dövrlər xarici ölkə jurnalistlərinin beynəlxalq mediada tez-tez ölkədən çıxarılması, insan haqlarının pis olması, fiziki təzyiqlər, hökumətin vətəndaşları ilə davranışı barədə mənfi xəbərlərin yayılması turist ölkəsi kimi Azərbaycanı seçməsində insanlarda qorxu hissi yaradır. Çünki, istənilən şəxs hansı ölkəyə getmək istəyirsə, internetdə o ölkəni axtarır. Azərbaycan barədə beynəlxalq axtarış saytlarında da ilk öncə məlumatlar azdır, ingilis dilli məlumatlar isə həddən artıq azdır və əksəriyyəti insanlarda qorxu hissi yaradan xəbərlərdir.

Təssəvvür edin ki, bu xəbərləri oxuyan, hətta Azərbaycanda əvvəllər uzun müddtə yaşamış insan belə zəng vurub soruşur ki, “Azərbaycana gələnləri doğrudan qovurlar”.

Bundan başqa, təhlükəsiz qida məhsulları, tibbi xidmət və başqa sahələrlə bağlı qorxular da qalmaqdadır. Yayın istisində, hər gün satış müəssisələrində tonlarla keyfiyyətsiz və istifadə vaxtı keçmiş dondurma, qida və bostan məhsulları müəyyən edilir. Maraqlıdır ki, belə hallarla bağlı məlumatlar hər gün yayılır. Bəs, ölkədə məhsullar satış müəssisələrinə daxil olmamışdan öncə, ona keyfiyyət sertifikatı verən dövlət orqanları məsuliyyət daşımır. Bütün hallarda, idxal edilən və istehsal olunan məhsulların hamısının milli keyfiyyət standartları mövcuddur.

Azərbaycanda turizmi tarixindən

Vikipediya saytının məlumatına görə, Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olub. Eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plinin, Plutarxın, Heardotun, Ptolomeyin və Strabonun adlarını çəkə bilərik.

Azərbaycan qədim dövrlərdə Böyük İpək Yolunun üzərində mühüm dayanacaq kimi tanınan bir ölkədir. Antik müəlliflərin məlumatlarına görə, Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Strabonun yazdığına görə, hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Xəzər dənizinə, sonra dəniz vasitəsilə Azərbaycana və Kür çayı ilə Şərqi Gürcüstana, oradan isə Qara dənizə aparılıb.

Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilib və buradan da Azərbaycanın digər şəhərlərinə göndərilib. Orta Asiya, Hindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilib, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılıb. Bu trasslardan biri Bərdədən cənuba Naxçıvan-Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən Qəbələ - Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı – Dərbənd Şimali Qafqaz istiqamətində gedib.

İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Şəki Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilib.

Rusiyadan İrana və Hindistana gedən dəniz və qurur yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlaqələrində böyük rolu olub. . Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa - Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb olub, bunların ölüçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd edib. Hal hazırda bunlardan Multanı (XII - XIV), Buxara (XIV - XVI) və başqa memarlıq nümunələri tarixi abidə kimi qorunur.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da diqqət mərkəzində olub. 1999-cu ildə Milli Məclis “Turizm haqqında" qanun qəbul edib.

2001-ci ilin sentyabrın 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan bu beynəlxalq təşkilata üzv olub.

2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olunub.

Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə prezidentin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olunub.

2009-cu ilin aprelində Bakıda 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirilib. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak edib.

"2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib.

Mehmanxanalar və səyyahət

Hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu obyektlərin 312-si Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında, 187-si isə qanunsuz fəaliyyət göstərir. Mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb. Hotellərin 15-i “beş ulduz”ludur. Onların 13-ü Bakıdadır. Respublikada 37 “dörd ulduz”lu hotel fəaliyyət göstərir, 21-i Bakıdadır. “Üç ulduz”lu 21 hoteldən 13-ü Bakıdadır. Ölkə üzrə ümumilikdə “iki ulduz”lu 3 hotel fəaliyyət göstərir. Onun 1-i paytaxtdadır. Ölkədə 100-dən çox turist şirkəti fəaliyyət göstərir.

Azərbaycanın istənilən regionuna quru, hava və dəmir yol nəqliyyatı ilə səyahət etmək mümkündür.

XS
SM
MD
LG