Accessibility links

Azərbaycanda yerli icra hakimiyyətlərinin səlahiyyətləri artırılıb


Milli Məclis “Ərazi, inzibati bölgü haqqında” qanuna dəyişiklik edib.

Milli Məclis “Ərazi, inzibati bölgü haqqında” qanuna dəyişiklik edib.
Parlamentin Regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, ikinci maddəyə yeni anlamda düzəliş edilib “məntəqə inzibati ərazi dairəsi”. Bu anlam bələdiyyələrin yurisdiksiyasına düşməyən və inzibati idarəetmədən məhrum edilmiş ərazilərə aiddir.
Yenilik yerli icra hakimiyyətində aparıcı rolu nəzərdə tutur ki, bu da inzibati ərazi yarada, ləğv edə və adını dəyişdirə bilər.
Ekspertlərin fikrincə, qanunun yeni versiyası icra hakimiyyətinin rolunun gücləndirilməsinə yönəlib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi son zamanlar Azərbaycanda icra hakimiyyətlərinin səlshiyyətlərinin artırılmasından narahatdır.

“Avropa Şurası Azərbaycanda yerli özünüidarə sahəsində hökumətin addımlarını diqqətlə izləyir və icra hakimiyyətlərinin gücləndirilməsi sahəsində qəbul etdiyi son Əsasnamədən narahatlığını bildirir”. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Keyt Vitmor bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevlə söhbəti zamanı bildirib.
Görüş Yerli Demokratiya Agentliklərinin Assosiasiyasının iyunun 7-8 tarixlərində İtaliyanın Udine şəhərində təşkil olunmuş illik yığıncağında baş verib. Samir Əliyev Turan Agentliyinə bildirib ki, xanım K.Vitmor Azərbaycanda əksmərkəzləşmə islahatlarının aparılmasının vacibliyini bildirib. 2012-ci ilin aprelində Konqresin monitorinq qrupu Azərbaycanda olub və yaxın vaxtlarda Azərbaycan üzrə tədbirlər planı hazırlamaq planlaşdırılır. AŞ Azərbaycan hökumətindən götürdüyü öhdəliklərə əməl etməsini tələb edir”, - deyə Vitmor qeyd edib.
Qeyd edək ki, iyunun 6-da Azərbaycan prezidenti “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin təsdiqi barədə fərman imzalayıb. Əsasnamə ilə yerli idarəetmə üzrə bütün funksiyalar, hətta qanunvericilik aktları ilə bələdiyyələrin səlahiyyət sahəsinə aid olanlar yerli icra hakimiyyətlərinə verilib.

XS
SM
MD
LG