Accessibility links

Azərbaycanlı Eyyub Guliyev İtaliyada keçirilən Gənc Dirijorlar Müsabiqəsinin qalibi oldu


Eyyub Quliyev İtaliyada Gənc Dirijorlar Müsabiqəsində mükafat alarkən
Eyyub Quliyev İtaliyada Gənc Dirijorlar Müsabiqəsində mükafat alarkən

Azərbaycanlı Eyyub Guliyev İtaliyada 17 ildə gənc dirijorlar arasında keçirilən müsabiqənin qalibi oldu

Bu yaxınlarda İtaliyada 17 ildə gənc dirijorlar arasında ilk dəfə birinci yerə çıxmış Eyyub Guliyev Amerikanın Səsinə müsahibəsində müsabiqə haqda təəsüratları ilə bölüşdü. O, müsabiqənin məşhur italyan bəstəkarı Toskanininin anadan olduğu Parma şəhərində keçirildiyini və bu müsabiqədə iştirak etməyin bir sınaq nöqtəsi olduğunu dedi.

Eyyub Guliyev müsabiqədə iştirak etmək üçün 35 ölkədən 171 nəfər dirijorun müraciət etdiyini və birinci tura yalnız 12 nəfərin vəsiqə qazandığını bildirdi. İştirakçılar Amerika, Fransa, Almaniya, İtaliya, İngiltərə, Yaponiya, Rusiya, Azərbaycanı təmsil edirdilər. Eyyub Guliyev son mərhələyə 12 nəfərdən 4 nəfərin çıxdığını, onlardan isə ikisinin seçildiyini bildirdi.

Eyyib Guliyev deyir ki, bundan sonra dünyanın tanınmış musiqiçiləri və dirijorları İtaliyadan Petro Antonini, Luici Ferrari və Can Paulo Minardi, İspaniyadan Migel Pyulenin daxil olduğu münsiflər heyəti birinci yeri gənc azərbaycanlı dirijor kimi ona, ikinci yeri isə yapon dirijora verdilər.

XS
SM
MD
LG