İyunun 15-də Ermənistanda saxlanan azərbaycanlı hərbi əsir Məmmədbağır Axundzadə üçüncü ölkəyə göndərilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan ordusunun çavuşu 22 yaşlı Axundzadə 2012-ci il yanvarın 23-də əsir düşüb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə o vətənə qayıtmaqdan imtina edib.