Accessibility links

Babək Çələbiyanlı: ABŞ-ın nüvə sazişindən çıxması İranda iqtisadi durumu gərginləşdirəcək [Audio-Müsahibə]


Babək Çələbiyanlının sözlərinə görə, prezident Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxması qərarı İran İslam Respublikasına müxalif təşkilatların fəaliyyətinə müsbət təsir göstərək. Milli fəal Amerikanın Səsi ilə söhbətdə bu qərarın İran toplumunda göstərəcəyi siyasi-ictimai təsirlərini dəyərləndirib.

Babək Çələbiyanlı İranla nüvə sazişini şərh edir
please wait

No media source currently available

0:00 0:14:40 0:00

Çələbiyanlının fikrincə, İran İslam Respublikası razılaşmada qalmağa davam edərək məqsədəuyğun bir qərar almışdır:

Trampın mövqeyi, yəni İran xalqını İran rejimindən ayırması çox önəmlidir. Yeni administrasiya İranda demokrat müxaliflərə dəstək verməyi düşünür.

“Mənə görə, İran anlaşmada qalmağa qərar verərək doğru bir addım atdı. İranın bu anlaşmadan geri çəkilməsi ilə İran-Amerika arasında müharibə qaçınılmaz olacaq idi. Amma mən düşünürəm ki, Amerikasız bu anlaşmanın heç anlamı yoxdur. İran çalışır ki, xalqa moral versin, xalqı sakitləşdirsin. Lakin İran Avropa ilə bu anlaşmaya davam edə bilməyəcək.”

O, deyir ki, “Prezident Tramp qərarı açıqladıqdan sonra sanksiyaların yenidən tətbiqinə qərar verib. Bu sanksiyalar üç ilə altı ay içində tətbiq olunacaq. Bunlar tətbiq olduqdan sonra Avropa ölkələri ya Rusiya və Çin Amerikanı qarşılarına alıb İranın tərəfində dura bilməyəcəklər. İstəsələr də bu işi görə bilməyəcklər.”

Keçən dekabr və yanvar aylarında İranın müxtəlif vilayətlərində iqtisadi vəziyyət ilə əlaqədar geniş etiraz dalğası baş vermişdi. Babək Çələbiyanlı bundan sonra oxşar etirazların daha geniş səviyyədə davam edəcəyini düşündüyünü bildirir.

Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edib
please wait

No media source currently available

0:00 0:03:17 0:00

“İranda sadəcə bir təbəqə yox, ümumiyyətlə xalqın hamısı iqtisadi vəziyyətdən narazıdır. Prezident Trampın anlaşamadan çəkilməsi də xalqı daha çox təşvişə salıb,” deyə o söyləyir.

Babək Çələbiyanlının sözlərinə görə, “bundan sonra İran İslam Respublikasının siyasi müxaliflərinə də meydan yaxşı olacaq. Keçmiş administrasiyanın dönəmində Amerikanın İran müxalifləri ilə yaxşı münasibəti yox idi. Amma indi vəziyyət dəyişibdir. Trampın mövqeyi, yəni İran xalqını İran rejimindən ayırması çox önəmlidir. Yeni administrasiya İranda demokrat müxaliflərə dəstək verməyi düşünür.”

Çələbiyanlının fikrincə, “Azərbaycan Milli Hərəkatına” mənsub siyasi təşkilatlar bu kimi dəstəklərdən faydalanmaq üçün dünya ictimaiyyətinin etimadını cəlb etməlidirlər.

XS
SM
MD
LG