Accessibility links

Babək Bəxtavər: İran rejimi böhran içində, amma müxalifət də param-parçadır


The hearse carrying Queen Elizabeth's coffin arrives at Buckingham Palace in London.
The hearse carrying Queen Elizabeth's coffin arrives at Buckingham Palace in London.

Babək Bəxtavər hesab edir ki, “Güney Azərbaycan Milli Hərəkatına” mənsub təşkilatlar öz aralarında nə qədər koordinasiyalı şəkildə hərəkət etsələr, İranın digər müxalif qüvvələri ilə ittifaq qurduqlarında da bir o qədər güclü mövqeyə sahib ola bilərlər.

Babək Bəxtavər Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:20 0:00

Britaniyada yaşayan milli fəal Amerikanın Səsinə müsahibədə son vaxtlar İran müxalifləri arasında artan əməkdaşlıqlar və qurulan yeni ittifaqları dəyərləndirib.

Təşkilatlarımız önəmli məsələlərimiz üzrə koordinasiya qrupları yaradıb və əməkdaşlıq etsələr, biz hər hansı bir ittifaqa daxil olanda sözümüzü də möhkəm deyə bilərik.

“Müxalif qrupların keçirdiyi qurultaylar, təşkilatlanmalar çoxalıb. Bu bundan irəli gəlir ki, İran hakimiyyəti günü gündən iqtisadi və siyasi baxımdan daxildə sarsılmağa doğru gedir. İslam Respublikasının super güclər ilə yaşadığı böhranlar genişləyir. Daxildə də müxtəlif siniflərin etirazlarına baxanda görürük ki getdikcə kütləviləşir,” Babək Bəxtavər söyləyir.

Siyasi fəalın dediklərinə görə, İslam Respublikasının üzləşdiyi böhranların genişlənməsi müxalif qruplar arasında da fəallığın artmasına səbəb olub.

Amma o, eyni zamanda İran müxalifətinin böyük bir hissəsinin “param-parça" olduğunu önə çəkir:

“Müxalif qüvvələrin param-parça olması və eyni zamanda İslam Respublikasının bütün yolları bağlayaraq heç bir islahat cəhdinə icazə verməməsi, əhalini çarəsiz bir vəziyyətə salıb. İnsanlar çarəsiz və aciz qaldıqları zaman hər şeyə əl ata bilirlər. Belə durumlarda, maliyyə gücü olan hər hansı bir qüvvəyə [mahiyyətinə baxmadan] rəğbət göstərə bilərlər.”

Müxalif qüvvələrin param-parça olması və İslam Respublikasının bütün yolları bağlayaraq heç bir islahat cəhdinə icazə verməməsi əhalini çarəsiz bir vəziyyətə salıb.

Son vaxtlar qeyri-fars qrupların da iştirakı ilə təşkil olunan ittifaqlar haqqında düşüncələrini Amerikanın Səsinə paylaşan Babək Bəxtavər hesab edir ki, “türklər öz aralarında koordinasiyalı bir şəkildə hərəkət edə bilməsələr, təşkil olunan ittifaqlarda da güclü mövqeyə sahib ola bilməyəcəklər.”

Onun sözlərinə görə, “türklər öncə öz aralarında biraz siyasət çalışmalıdırlar... Birlik bu demək deyil ki, bizim müxtəlif təşkilatlarımız gəlsinlər bir partiyada ya bir konqresdə cəmləşsinlər. Amma bu təşkilatlar bizim önəmli məsələlərimiz üzrə koordinasiya qrupları yaradıb və əməkdaşlıq edə bilərlər. Belə olsa, biz hər hansı bir ittifaqa daxil olanda sözümüzü də möhkəm deyə bilərik.”

XS
SM
MD
LG