Accessibility links

İllik Babək Qalası yürüşü ilə əlaqədar bir çox türk fəal həbs edilib


İran Azərbaycanının müxtəlif şəhərlərində təhlükəsizlik qüvvələri illik Babək Qalası yürüşü ərəfəsində bir çox türk fəalı nəzarət altına alıb.

İnsan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyi və Güney Azərbaycan Televiziyası (Günaz TV) həbslərin yürüşün keçirilməsinə mane olmaq məqsədilə həyata keçirildiyini bildirirlər.

Ərdəbil şəhərində saxlanılanlardan tanınmış fəal Abbas Lisani habelə Əsgər Əkbərzadə, Əli Vasiqi, Mehdi Huşmənd, Səid Sadıqifər və Rəhim Qulaminin adları məlum olub.

Abbas Lisani mərhum Həsən Dəmirçinin dəfn mərasimində - 25 iyun 2018
Abbas Lisani mərhum Həsən Dəmirçinin dəfn mərasimində - 25 iyun 2018

​Tehranda tutulan İbrahim Nuri, qardaşı Fərəc Nurinin öz Facebook səhifəsində bildirdiyinə görə, Tehranın Evin Həbsxanasına aparılıb. Cəfər Rüstəmi və Səccad Colaninin də Tehranda nəzarət altına alındığı bildirilir.

Ettelaat qüvvələri həmçinin Rəhim Sasanini Təbrizdə, Murtuz Məhəmmədini Əhərdə və Muctaba Abdulini Bostanava şəhərində nəzarət altına alıblar.

İbrahim Nuri
İbrahim Nuri

Sosial medianın güneyli istifadəçiləri həmçinin Ettelaatın bir çox türk fəalla təmasa keçib və təhdid edərək onlardan Babək Qalası (Bəz Qalası) yürüşünə qatılmamalarını istəyiblər.

Keçən həftələrdə, İran Azərbaycanının müxtəlif şəhərlərində Babək Qalası yürüşünə çağırış vərəqələri dağıdılıb. Çağırışda yürüşün iyul ayının 5 və 6-da keçiriləcəyi qeyd edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG