Accessibility links

Backstreet Boys qrupu səhnəyə qayıdır [Klip]


Backstreet Boys qrupu rəsmən səhnəyə qayıdır.

Backstreet Boys qrupu fəaliyyətinin 20 illiyini qeyd etmək məqsədi ilə “In A World Like This” adlı yeni albomunu çıxarıb. One Direction və Castin Biberdən əvvəl pərəstişkarı əsasən qızlar olan Backstreet Boys qrupunun iştirakı ilə Jimmy Kimmel Live şousu 1999-cu illəri xatırlatdı.

Məşhur yeniyetmə beşlik sözsüz ki, artıq böyüyüb. Amma yeni albomlarından ifa etdikləri iki mahnı onlar hələ də tamaşaçıları heyrətə gətirə bilmək qabiliyyətlərini itirmədiklərini sübut etdi.

AJ., Hovi D, Nik və Brayn ilkin olaraq In A World Like This mahnısını, ardınca isə uşaqlarına ithaf etdikləri Show ‘Em What You’re Made Of balladasını ifa edir. Əlbəttə, oğlanların böyüyərək əsl ailə başçıları olmaları sevindirir.

Backstreet Boys qrupu dünya boyu 130 milyon albom satıb və bununla onlar oğlanlardan ibarət musiqi qrupu arasında tarixdə ən çox albom satan qrup olub.

Onlar hətta Hollivudda özlərinin ulduzlarını yerə həkk edib. Deyəsən One Direction qrupunun ciddi rəqibi var.

XS
SM
MD
LG