Accessibility links

Bağdad və Fəllucədə bomba partlayışları beş nəfərin ölümünə səbəb olub


Bu gün Bağdadın cənubunda yol kənarında partlayıcı qurğunun işə düşməsi iki mülkü vətəndaşın ölümü ilə nəticələnib

İraq rəsmilərinin bildirdiyinə görə, Bağdad və Fəllucədə partlayan bomba beş nəfərin ölümünə və 11-nin yaralanmasına səbəb olub. Bu gün Bağdadın cənubunda yol kənarında partlayıcı qurğunun işə düşməsi iki mülkü vətəndaşın ölümü ilə nəticələnib. Partlayış dörd nəfərin yaralanmasına da səbəb olub. Fəllucədə bomba partlayışı polis işçisinin evini dağıdıb. Hadisədə zabit və iki nəfər həlak olub və bir neçə insan xəsarət alıb.

XS
SM
MD
LG