İraq rəsmilərnin dediyinə görə Bağdadda keçirilən dəfn mərasimində avtomobilə yerləşdirilmiş partlayıcı maddəninin partlaması 35 nəfərin ölümünə səbəb olub. Paytaxtın şiələrin üstünlük təşkil edən hissəsində bu gün baş verən partlayış nəticəsində azı 65 nəfər yaralanıb. Başqa bir hadisədə Bab əl-Maudham ərazisində yol kənarında basdırılmış bomba bir nəfərin ölümünə və üç nəfərin yaralanmasına səbəb olub. İraqda son zamanlar şiə dindarlar və təhlükəsizlik qüvvələrini hədəf alan bir sıra zorakılıqlar baş verməkdədir.
Paytaxtın şiələr üstünlük təşkil edən hissəsində bu gün baş verən partlayış eyni zamanda azı 65 nəfəri yaralayıb