Accessibility links

Xəbər: İŞİD lideri Suriyanın Bukamal şəhərində gizlənmiş ola bilər


Suriya ordusuna bağlı olan xəbər agentliyinin bildirdiyinə görə, İŞİD lideri Bukamal şəhərində gizlənmiş ola bilər. Bu şəhərdə hökumət qüvvələri və müttəfiqlər əraziləri ələ keçirmiş, daha sonra isə onun böyük hissəsini itirmişdi.

Bu iddia Suriyanın müxalifət fəalları tərəfindən rədd edilib. Onların bildirdiyinə görə, hökumət ələ keçirdiyi əraziləri itirməsini ört-basdır etməyə çalışır.

Bağdadinin isə yeri bəlli deyir. Əgər o, öldürülmüş və ya ələ keçirilmiş olsaydı, bu, ələ keçirdiyi ərazilərin 90 faizini itirən qrupa ciddi zərbə olardı.

Əl-Bağdadinin taleyi hələ də sirr olaraq qalır.

Suriyanın Mərkəzi Ordu Mediası Əbu Bəkr Əl-Bağdadinin şəhərdə gizləndiyini bildirsə də, bu məlumatın haradan əldə edildiyi barədə heç nə deməyib.

Sentyabr ayında Əbu Bəkr Əl Bağdadinin audio-müraciəti yayılıb. Əgər xalisdirsə, bu, son bir il ərzində Bağdadinin ictimaiyyətlə ilk ünsiyyəti sayıla bilər.

Audio-müraciətin harada yazıldığı məlum deyil. Lakin Bağdadinin Şimali Koreyanın ABŞ-a və Yaponiyaya qarşı hədələrinə istinad etməsi onun bu yaxınlarda hazırlandığını göstərir.

Rusiya rəsmiləri isə iddia edir ki, Bağdadi Rusiyanın hava zərbələri nəticəsində həlak olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG