Accessibility links

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin hücuma məruz qaldığı iddia edilir


İraq ordusu Ənbar vilayəti yaxınlığında İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin maşın karvanının hava zərbələrinə məruz qaldığını iddia edir.

İraqın təhlükəsizlik qüvvələrinin bəyanatında deyilir ki, Bağdadı İislam Dövləti komandirləri ilə görüş keçirəcəyi Kərbala şəhərinə gedərkən hücuma məruz qalıb.

Qrupun bir neçə liderinin öldürüldüyü və ya yaralandığı bildirilib.

Ekstremist lider, özünü xəlifətin rəhbəri elan edən Bağdadinin taleyi bəlli deyil.

İslam Dövlətinə qarşı koalisiya sözçüsü Stiv Uorren deyib ki, ABŞ rəsmiləri İraq ordusunun məlumatından xəbərdar olsalar da, məlumatı təsdiq edən olmayıb.

XS
SM
MD
LG