Accessibility links

Bağdad məhkəməsi Səddam Hüseynin qızını 7 il həbs cəzasına məhkum edib


Səddam Hüseynin sürgündə olan qızı Rəqhad Səddam Hüseyn
Səddam Hüseynin sürgündə olan qızı Rəqhad Səddam Hüseyn

Bağdad məhkəməsi bazar günü İraq diktatoru Səddam Hüseynin sürgündə olan qızını atasının qanunsuz "Bəəs" partiyasını "təbliğ etmək"də təqsirli bilib və qiyabi olaraq 7 il həbs cəzasına məhkum edib.

Partiya 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi nəticəsində Səddam Hüseynin devrilməsindən ləğv və qadağan edilib.

France Press xəbər agentliyinin tanış olduğu qərara əsasən, Rəqhad Səddam Hüseyn 2021-ci ildə verdiyi televiziya müsahibələri zamanı "qadağan olunmuş "Bəəs" partiyasının fəaliyyətini təşviq etmək"də təqsirli bilinib.

Bu gün İraqda devrilmiş rejimi təbliğ edən fotoşəkillər nümayiş etdirən və ya şüarlar səsləndirən hər kəs təqib oluna bilər.

Məhkəmənin qərarında onun hansı müsahibələrə görə təqsirli bilindiyi göstərilməyib.

Lakin 2021-ci ildə Hüseyn Səudiyyə Ərəbistanına məxsus Əl-Ərəbiyyə kanalında İraqda 1979-2003-cü illər, atasının dəmir yumruqlu hakimiyyəti altındakı vəziyyətindən danışıb.

"Bir çox insan mənə bizim dövrümüzün həqiqətən şöhrət, qürur dövrü olduğunu deyib. Əlbəttə, ölkədə sabitlik və zənginlik hökm sürürdü" - deyə, Rəqhad Səddam Hüseyn bildirib.

Hüseyn bacısı Rəna ilə birlikdə İordaniyada yaşayır. Onların qardaşları Uday və Qusay 2003-cü ildə Mosulda ABŞ qüvvələri tərəfindən öldürülüb.

İraqlıların əksəriyyəti üçün ölkəni 25 il idarə edən Səddam Hüseyn dövrünü hələ də amansız repressiya dövrü kimi qiymətləndirir.

Forum

XS
SM
MD
LG