Accessibility links

İran parlamentinin 30 deputatı "Bahari Zəncan" qəzetinin çapının yenidən bərpasını tələb edir


İran parlamentinin 30 deputatı "Bahari Zəncan" qəzetinin çapının yenidən bərpasını tələb edir
İran parlamentinin 30 deputatı "Bahari Zəncan" qəzetinin çapının yenidən bərpasını tələb edir

“Bahari Zəncan” qəzeti 426-cı sayında Tehrandakı “Fars Nohəxan” və “Tehran hizbullahı”nda nüfuzu olan Mənsur Ərzinin çıxışını tənqid edib və yazıb ki, "təhqir kimə qarşı olursa-olsun pisdir və Məhəmməd Xatəmi və ya Mehdi Kərrubiyə qarşı olanda da yaxşı deyil".

İranının Şura Məclisinin 30 millət vəkili, Zəncan əyalətində nəşr olunan "Bahari Zəncan" qəzetinin nəşrinə yenidən icazə verilməsini tələb edib. İSNA xəbər agentliyi 30 millət vəkilinin mədəniyyət (Fərhəng və İrşadi İslami) nazirliyinə yazdığı məktubu və onu imzalayan deputatların adını açıqlayıb. Məktubda deyilir ki, qəzetin bağlanmasına səbəb olan məqaləni oxuduqda, onun qəsdən yazılmadığı məlum olur. “Əksinə məqalədə hörmətli insanların təhqir edilməsi tənqid edilir”.

Xatırladaq ki, “Bahari Zəncan” qəzeti 426-cı sayında Tehrandakı “Fars Nohəxan” və “Tehran hizbullahı”nda nüfuzu olan Mənsur Ərzinin çıxışını tənqid edib və yazıb ki, "təhqir kimə qarşı olursa-olsun pisdir və Məhəmməd Xatəmi və ya Mehdi Kərrubiyə qarşı olanda da yaxşı deyil".

“Bahari Zəncan” qəzeti İran Azərbaycanının Zəncan şəhərində nəşr olunurdu. 9 illik nəşrdən sonra İranın Mədəniyyət nazirliyinin Mətbuat üzrə Nəzarət Komitəsi bu il sentyabrın 27-də qəzetin bağlanması barədə qərar verib.Qəzet islahatçı ideyaları və Mehdi Kərrubini himayə edir. Qəzetin sahibi Rəhmətullah Begdili adlı bir molladır. O 20 il universitetlərdə və din məktəblərində müəllim işləyib.

XS
SM
MD
LG