Accessibility links

Bakı sakinləri Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirib


"Sovetski" sakinləri Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirib
please wait

No media source currently available

0:00 0:05:01 0:00

Aprelin 19-da Bakının “Sovetki” adlandırılan ərazisində evləri sökülən onlarla sakin Nazirlər Kabinetinin binası qarşısıında “Haqqımızı verin!” şüarı ilə etiraz aksiyası keçirib.

Bakının Yasamal rayonun “Sovetski” adlandırılan ərazisnin sakinləri sökülən evlərinin müqabilində az vəsait verilməsinə və bəzi sakinlər isə ümumiyyətlə vəsait ala bilməməsinə etiraz edir. Sakinlər baş nazir Əli Əsədovla görüş tələb edib. Bəzi sakinlər aclıq aksiyasına başlayacağını bildirib.

Sakin Fərid Bağırov deyib ki, evini söküblər, lakin əvəzində vəsait ödənilməyib.

“Evimi söküblər, pulunu ala bilmirəm. Dəfələrlə müraciət etmişəm. 145 kvadrat metr evim olub. Əvəzində nə ev verirlər, nə də pul. Deyirlər zirzəmi sahəsi olub. İndi ailəmlə evsiz qalmışam,” o qeyd edib.

Bəzi sakinlər Maliyyə Nazirliyi tərəfindən aldadıqlarını iddia edir.

“Bizim ailəyə cəmi 32 400 manat pul veriblər. Bu pulla ev almaq mümkün deyil. Hazırda kirayədə qalırıq. Ya əvvəlkli evimizi qaytarsınlar, ya da ailəmizi evlə təmin etsinlər,” etirazçılardan biri deyib.

“Yaşadığım evi babamın atası 1834-ci ildə tikib. Bu evdə 1902-ci ildə babam doğulub. Sonra atam, daha sonra mən doğulmuşam. İndi deyirlər ev kommunal sahə olub. Bizə nə pul, nə də mənzil verirlər,” digər etirazçı qeyd edib.

Sakinlər məhkəmələrdə də hüquqlarını qoruya bilmədiklərini bildirir.

“Məhkəmələr bizim şikayətlərə düzgün baxmır. Bizi aldadırlar. İki ildir məhkəmələrdəyəm, heç nəyə nail ola bilməmişəm,” etirazçılardan biri deyib.

“Sovetski” adlandırılan ərazidəki evlər 2014-cü ildən sökülməyə başlayıb. Oradakı yüzlərlə ev sökülüb. Əvvəlcə evlərin hər kvadrat metri üçün 1500 manatdan pul ödənildiyi bildirilib. Sonradan bu vəsait 2000 manatadək artırlıb. Bununla yanaşı, ərazidəki köhnə tikililərin bəzilərində yaşayış sahələri 20-30 kvadratmetr olub. Müşahidəçilərin firkincə, kiçik sahəsi olan mənzillər üçün verilən vəsaitə hər hansı mənzil almaq mümkün deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG