Accessibility links

Bakıda insan alveri ilə mübarizə üzrə regional müşavirə keçirilir


Bakıda insan alveri ilə mübarizə üzrə regional müşavirə keçirilir
Bakıda insan alveri ilə mübarizə üzrə regional müşavirə keçirilir

ABŞ Azərbaycanda insan alveri ilə mübarizə proqramlarına 250 000 dollar ayırıb

Bakıda insan alveri ilə mübarizə sahəsində mövcud təcrübəni bölüşmək üçün milli və beynəlxalq ekspertlərin iştirakı ilə üçüncü regional müşavirə keçirilir.

Müşavirə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi və ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Potensialların artırılması və texniki dəstək vasitəsilə Azərbaycanda insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilir.
Regional müşavirə Qərbi Avropa və Cənubi Asiya regionu üzrə insan alverinə qarşı mübarizənin müxtəlif aspektlərinə aid effektiv profilaktika strategiyasının yaradılması, davamlı yardım və sosial reinteqrasiya mexanizmləri də daxil olmaqla, texniki səviyyədə müzakirələri əhatə edir.
Beynəlxalq Miqrasiya Təşkilatının layihə rəhbəri Serhan Aktoprak “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, “Potensialın artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsi Adriatik dənizindən Yapon dənizinə, Baltik dənizindən Fars körfəzinədək böyük bir ərazidə əməkdaşlığı nəzərdə tutur. “Azərbaycan bu regionun mərkəzində yerləşir. Məhz bu səbəbdən də Bakı regional mərkəz kimi seçilib”.
Amerikanın Azərbaycandakı səfirliyinin rəhbər müavininin əvəzedicisi Terri Devidson deyib ki, insan alveri kimi köləlik ABŞ da daxil olmaqla dünyanın müxtəlif icmalarında və ölkələrində mövcuddur. “Azərbaycan da problemə qarşı qorunmayıb. Azərbaycan insanları zorla işləməyə və cinsi istismara məcbur edən qruplar üçün həm mənbə, həm də tranzit ölkədir. ABŞ Azərbaycanda insan alveri ilə mübarizə proqramlarına 250 000 ABŞ dolları vəsait ayırıb”.
Onun sözlərinə görə, ABŞ-ın qeyri hökumət təşkilatları insan alveri ilə mübarizə aparmaq məqsədi ilə 65 ölkəyə 54 milyon dollar vəsait ayırıb, bundan əlavə insan alveri qurbanlarına kömək məqsədi ilə 2010-cu ildə daha 22 milyon vəsait ayrılacaq.
Üçüncü regional müşavirədə Azərbaycan, Gürcüstan, Pakistan, Tacikistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistanda insan alveri və qurbanlar ilə bağlı məsələlər müzakirə edilir.

Beynəlxalq Miqrasiya Təşkilatının layihə rəhbəri Serhan Aktoprak insan alveri məsələlərinə toxunarkən deyib ki, region ölkələrinin insan alveri üçün həm mənbə, həm tranzit, həm də istifadə ölkələri olduğunu deyib. “Hazırda hüquq mühafizə orqanları regionda insan orqanlarının transplantasiyasına qarşı ciddi işlər aparır”, - deyə o qeyd edib.

Cənab Aktoprak Azərbaycan mediasında ölkədə insan orqanlarının transplantasiya şəbəkəsinin mövcudluğu ilə bağlı məlumatları təsdiq etməyib. “Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatına hər hansı rəsmi məlumat təqdim edilməyib”.

XS
SM
MD
LG