Accessibility links

Bakıda kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq konfrans açılıb


Bakıda kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq konfrans açılıb
Bakıda kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq konfrans açılıb

Konfransda kibercinayətkarlığın məhkəmə təqiblərinin hüquqi əsasları, kibercinayətkarlığın təhqiqatı üçün müasir metodlar və texniki vasitələr, İnternet-dələduzluq və başqa məsələlərlə bağlı beynəlxalq əməkdaşlıq problemləri müzakirə olunur.

Bakıda “Kibercinayətkarlığa qarşı mübarizə hərtərəfli kibertəhlükəsizliyi təmin edən əsas amil kimi" mövzusunda ikigünlük beynəlxalq konfrans açılıb. Konfrans iştirakçılarının diqqət mərkəzində kibercinayətkarlığın məhkəmə təqiblərinin hüquqi əsasları; beynəlxalq konvensiyalar, standartlar və prosessual qanunvericilik praktikası; kibercinayətkarlığın təhqiqatı üçün müasir metodlar və texniki vasitələr; bu sahədə dövlət və özəl sektorun tərəfdaşlığı məsələləri; kibercinayətlərin (İnternet-dələduzluq, İnternetdə uşaqlara qarşı seksual zorakılıq) araşdırılmasında beynəlxalq əməkdaşlıq problemləri olacaq.

Forumda müvafiq dövlət orqanlarının və İnternet-provayderlərin nümayəndələri, ekspertlər, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri iştirak edirlər. Konfransa təşkilati dəstəyi ATƏT-in Bakı ofisi göstərir.

Dekabrda Bakıda kibercinayətkarlığa qarşı mübarizə üzrə treninq keçiriləcək. Treninqi Avropa Şurası təşkil edəcək. Bu barədə Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostopolus bildirib.

O qeyd edib ki, noyabrın 21-22-də Strasburqda ekspertlərin kibercinayətkarlığa qarşı mübarizə üzrə görüşü keçiriləcək. Görüş Avropa Şurası ölkələrində kibercinayətkarlığa qarşı mübarizənin əsas istiqamətlərini müəyyən edən Budapeşt konvensiyasının qəbul olunmasının 10 illiyinə həsr olunacaq. “Əminəm ki, Avropa Şurası və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq inkişaf edəcək”, - deyə cənab Yerokostopolus vurğulayıb.

XS
SM
MD
LG