Accessibility links

Bakıda Müdafiə nazirliyi ilə parlament əlaqələri müzakirə edilir


Bakıda Müdafiə nazirliyi ilə parlament əlaqələri müzakirə edilir
Bakıda Müdafiə nazirliyi ilə parlament əlaqələri müzakirə edilir

Forumda hərbi-mülki əlaqələr, Silahlı Qüvvələrə demokratik nəzarət, hərbi peşəkarlığın özəlliyi, hərb üzrə parlament nəzarəti və digər mövzularda müzakirələr aparılır.

Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə iş planına uyğun olaraq Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisləri tərəfindən İPAP proqramı çərçivəsində “Müdafiə Nazirliyi və parlament əlaqələri” mövzusunda ikigünlük seminar keçirilir. Tədbirdə Müdafiə Nazirliyinin, Prezident Aparatının, güc strukturlarının, mülki nazirliklərin nümayəndələri, Milli Məclisin deputatları, bir sıra Avropa ölkələrinin təmsilçiləri, beynəlxalq ekspertlər iştirak edir.

Forumda hərbi-mülki əlaqələr, Silahlı Qüvvələrə demokratik nəzarət, hərbi peşəkarlığın özəlliyi, hərb üzrə parlament nəzarəti və digər mövzularda müzakirələr aparılır.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov Amerikanın Səsi radiosuna bildirib ki, tədbirdə Müdafiə Nazirliyinin bu sahədə gördüyü və gələcəkdə görəcəyi işlər barədə məlumat verilib. “Eyni zamanda, seminarda Xorvatiyanın böyük nümayəndə heyəti iştirak edir. Xorvatiya öz təcrübəsini seminar iştirakçıları ilə bölüşür. Marşal Mərkəzinin nümayəndələri isə orduya parlament nəzarəti ilə bağlı beynəlxalq təcrübəni çatdırır”, -deyə o qeyd edib.

XS
SM
MD
LG