Beynəlxalq Olimpiya Komitəsinin yaydığı məlumata görə, bu gün 2024 Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb.
Bunlar Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də bitib.
Ev sahibliyi uğrunda mübarizəni Bakı ilə Toronto da nəzərdən keçirirdilər, amma sonda bu fikirdən daşındılar.
Oyunlara ev sahibliyi edəcək şəhərin adı isə 2017-ci ilin sentyabrında Perunun paytaxtı Limada məlum olacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya açıqlamasında Azərbayanın 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməmək qərarının təsdiqləyib.