Accessibility links

Bakının mərkəzində avtomobillərin hərəkəti tam və qismən məhdudlaşdırılır


Avropa Qran Prisinin bu il iyunun 17-19-da Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı paytaxtın bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkəti tam və qismən məhdudlaşdırılır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq.

Belə ki, Hökümət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.

Bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılıb.

Belə ki, yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Bununla yanaşı, yarış zonasında, - Bakı Şəhər Halqasının keçdiyi küçələrdə avtomobillərin hərəkəti yarış günlərində tam, digər günlərdə isə qismən məhdudlaşırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG