Accessibility links

Rəsmi Bakı hərbi bazalarını İrana hücum üçün İsrailə verəcəyi barədə məlumatları təkzib edib


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev

Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan öz ərazisindən qonşu dövlətə hücum məqsədilə istifadə olunmasına heç vaxt icazə verməz

Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Bakının İrana hücum məqsədilə öz hərbi bazalarının İsrailə verəcəyi barədə bəzi kütləvi informasiya vasitələrində gedən məlumatları təkzib edib.

APA agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan dəfələrlə qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib və öz ərazisindən qonşu dövlətə hücum məqsədilə istifadə olunmasına heç vaxt icazə verməz.

O bu kimi məqalələrin əsassız və absurd olduğunu, reallığı əks etdirmədiyini və neqativ xarakter daşıdığını vurğulayıb.

Qeyd edək ki, “Reuters” agentliyi gizli mənbəyə istinadən İsrail İrana qarşı əməliyyata başlayacağı təqdirdə Azərbaycanın öz hərbi bazalarını İsrailə vermək imkanlarını nəzərdən keçirdiyini yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG