Accessibility links

Son həbslərə münasibətlər fərqlidir


İyulun 14-də Milli Məclis qarşısında orduya dəstək aksiyası və bundan sonra yaşanan olaylar indi gündəmin əsas müzakirə predmetlərindəndir. Həmin hadisədən sonra saxlananlardan bir çoxu buraxılsa da bir qrupu artıq, həbs edilib. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalları Asif Yusifli və Seymur Əhmədzadə də var. Həmin şəxslər barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Amma AzadliqRadiosunun baş verənlərlə bağlı müraciət etdiyi şəxslərin də məsələlərə münasibəti fərqlidir.Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc baş verənləri iki mərhələyə bölür, Şəhidlər Xiyabanına qədər və ondan sonra. Zahid Oruc bildirib ki, Ermənistan Azərbaycanla sərhəd xətti boyunca hər yerdə Qarabağ münaqişəsinə bənzər gərginlik ocağı yaratmağa çalışdığı bir dövrdə Bakıda dövlətə, orduya dəstək məqsədilə on minlərlə insanın meydanlara çıxması və milli həmrəylik nümayiş etdirilməsi ölkənin mövqeyini gücləndirən hadisədir:

Zahid Oruc
Zahid Oruc

“İki il əvvəl “Ləyaqət inqilabı” etdiyini bildirən Yerevan hökumətinin və erməni xalqının belə kütləvi tədbiri, dünyaya səslənişi olsaydı, mənəvi üstünlük onların tərəfində olar, dünya onları eşidər, “kim haqlıdır” sualına cavab axtararkən qarşı tərəfin nöqteyi nəzərinə üstünlük verilərdi”

Deputat öz dəyərləndirməsində həmin hadisəylə bağlı dövlət başçısının çıxışından da sitat gətirib:

“Lakin düyün nöqtəsi məhz o müqəddəs məkandan sonrakı hərəkətlərdə baş verdi” “Sitat: “Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi”.

Gördüyünüz kimi, prezident Tovuzda, ya elə bütün hərbi cəbhələrdə döyüşən ordumuzla meydana gələn insan selini vahid bir məqsəd ətrafında birləşən qüvvə, güc kimi qəbul edir, onlara hörmətini izhar edir. Lakin düyün nöqtəsi məhz o müqəddəs məkandan sonrakı hərəkətlərdə baş verdi. Sanki burada da bir rəmzilik var-Şəhidlər Xiyabanına qədər və sonra... Dövlət başçısının qeyd etdiyi kimi, səmimi dəstək niyyətli insanlarla yanaşı, mitinqlə real olaraq “90-cı illər ssenarisi” işə salındı, döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədən milli birliyi parçalama, Mili Ordunu zəiflətmək cəhdləri özünü göstərdi”.
“Bütün cəbhəçilər xəyanətkar elan olunmayıb”

Deputatın sözlərinə görə, silahlı qüvvələrdə kiməsə etiraz etdiyinə, yaxud xora çevrilməyən fərdi siyasi şüar səsləndirdiyinə görə kiməsə cinayət işi açılmır:

“ Halbuki, dərindən təhlil etdikdə, burada da gizli ssenari və kütlə enerjisini müvafiq ünvanlara yönləndirmək üçün canlı yayımlar üzərindən kənardan idarə olunan bir qrupun təxribatçı hərəkətlərini adi gözlə görməmək mümkün deyildi. Lakin Parlamentə-gecənin o vaxtında mühüm strateji binalara dəhliz açmaq qorunan dövlət obyektlərin toxunulmazlıq mifini dağıtmaq və gələcək hücumların zəminini formalaşdırmaq üçün idi. Ona görə də hazırki sorğuların adını düz çağırmaq lazımdır- bütün cəbhəçilər xəyanətkar elan olunmayıb, yaxud, bütün aksiyaçıların sorğulandığını iddia etmək dövlətə və hazırda cəbhədəki savaşa kənar dairələrin ləkə salmaq niyyətinə tam uyğundur. Bəli, ölkədə heç zaman müharibənin belə rəngarəng qüvvələri bir araya gətirdiyini görməmişik və onların birinci şəxsin hərbi liderliyinə dəstək verildiyinə şahid olmamışıq. Elə ona görə arxa cəbhədə də qalibiyyət ön xəttədəki ölüm-dirim savaşı qədər vacibdir. Məgər, Milli Məclisin dəhlizlərində fədakar polis qüvvələri ilə cəngə çıxan adamlar səngərdə hər an ölümlə üzə-üzə olan oğullarımıza kömək edirdilər?”

Bununla yanaşı saxlanılan şəxslərin vəkilləri və yaxınlarının məlumatları göstərir ki, tutulanlar 48 saatda heç bir gigiyenik qaydalara əməl olunmadan dar otaqlarda saxlanılıb. Həmçinin, onlara vəkilləri və yaxınları ilə təmasa imkan verilməyib. Bütün bunlar Azərbaycan vətəndaşlarının Konstitusiya və qanunvericiliklə təsbit olunan ədalətli mühakimə hüququnun kobud şəkildə pozulduğunu təsdiqləyir”

“AXCP üzvlərinin ayrıca olaraq saxlanılması onlara qarşı ayrı-seçkiliyin nümunəsidir”

Anar Məmmədli deyib ki, hakimiyyət indiki həssas dönəmdə daha çox həssaslıq nümayiş etditib insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır:

Anar Məmmədli
Anar Məmmədli

“Təəssüf ki, bunun əksinin şahidi oluruq. Xüsusən də AXCP üzvlərinin ayrıca olaraq saxlanılması onlara qarşı ayrı-seçkiliyin nümunəsidir. 14 iyul aksiyasında 30 mindən çox insan iştirak edibdir, amma 70-ə qədər şəxs saxlanılıb, onların da 10 nəfəri ictimai-siyasi fəal və bloger, AXCP üzvləridir. Bu, siyasi azadlıqlara və siyasi fəaliyyət imkanlarına qarşı barışmaz münasibətin göstəricisidir.”

Bu fikirlərə, hələlik, hüquq mühafizəorqanlarından münasibət almaq mümkün olmayıb. İyulun 14-də nə baş verib? İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrla bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər. Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb.

İlham Əliyev
İlham Əliyev

İyulun 15-də prezident İlham Əliyev də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu. O, bunları demişdi:

"Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar…".

AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.

Şərhlərə bax

XS
SM
MD
LG