Accessibility links

Bakıda qar yağacaq


Londonda güclü qar insanların fəaliyyətinə mane olur 17 dekabr 2010 REUTERS/Stefan Wermuth
Londonda güclü qar insanların fəaliyyətinə mane olur 17 dekabr 2010 REUTERS/Stefan Wermuth

Milli Hidrometeorologiya Departamentinin havaların kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Temperaturlar Bakıda 0-2, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta olacaq

Dekabrın 18-dək hava soyuq, şaxtalı olacaq. Bakıda və Abşeron yarımadasında temperatur dekabrın 15-dən 16-na, 16-dan 17-nə keçən gecə 0, mənfi 2 dərəcəyədək aşağı enəcək.

Respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq

Hava şəraiti fasilələrlə yağıntılı keçəcək. Sulu qar, qar yağacaq. Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-dən 16-sı gündüzədək arabir güclənən şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcək, əsasən səhər və axşam yağıntılı olacaq, sulu qar yağacaq. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə dekabrın 15-də fasilələrlə yağıntı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacaq.
XS
SM
MD
LG