Hər ay “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ələt terminalından Qazaxıstanın Aktau limanına 700-dən çox tır yola salınır.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
Buradan iri həcmli tırlar Aktauya yola salınıb. Ötən ilin noyabrında tırların sayı 115 ədəd olubsa, dekabrda onların sayı 800-ü ötüb. Hər ay 700-750 tır Ələt terminalından Aktauya gedir. Artım var və bu şəkildə də davam edəcək.
Onun sözlərinə görə, Xəzər dənizindəki Ələt terminalı daha çox yük vaqonları üçün nəzərdə tutulub. Ancaq 2015-ci ilin may ayından Aktauya tırların daşınmasına başlanılıb.
“Buradan iri həcmli tırlar Aktauya yola salınıb. Ötən ilin noyabrında tırların sayı 115 ədəd olubsa, dekabrda onların sayı 800-ü ötüb. Hər ay 700-750 tır Ələt terminalından Aktauya gedir. Artım var və bu şəkildə də davam edəcək”, Taleh Ziyadov vurğulayıb.
Bakıda səfərdə olan Qazaxıstanın İnvestisiya nazirinin müavini Kasımbek Jenis də bu gün Ələt beynəlxalq dəniz limanında detyib ki, əvvəllər Bakı-Aktau istiqamətində ildə min avtomobil keçirdi, indi isə bu cür axın hər ay baş verir.
Report agentliyinin məlumatına görə, nazir müavini bu gün Ukraynadan gələn yüklərin Aktauya əsasən Bakıdan keçməklə istiqamət aldığını bildirib.
"Elə buna görə də Bakı limanı, Xəzər Dəniz Gəmiçiliyi ilə qarşılıqlı fəaliyyət yollarını və yük axınını necə idarə edəcəyimizi müzakirə etmək üçün biz buraya gəlmişik. Yəni bu yükləri qəbul etmək üçün güclərimizi birləşdirməli və daha səylə çalışmalıyıq. Axın həcminin böyüyəcəyini görürük. Bu marşrutu rəqabət qabiliyyətli edə bilsək, qiymətlər əlverişli, xidmət və çatdırılma vaxtı yaxşı olsa, bu axını itirməyəcəyik".
Kasımbek Jenis əlavə edib ki, Aktau limanından Bakıya əsasən metallurgiya və neft məhsulları göndərilir ki, onlar da sonradan Qara dəniz bölgəsinə daçınır.
"İndi yeni növ yüklər yaranır və biz azərbaycanlı həmkarlarımızla təcrübə mübadiləsi etmək üçün gəlmişik. Üstəlik, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır. Hesab edirik ki, bir il ərzində yükdaşımadakı vəziyyət kəskin şəkildə dəyişəcək".
Rusiya Türkiyə tırlarının Qara dəniz limanlarına girişinə qadağa tətbiq etdikdən sonra bu yüklər Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşurutu üzrə istiqamətlənib. Rusiyanın yalnız Novorossiysk dəniz limanı ilə ərzində orta hesabla 170-200 min Türkiyədən gələn tırları qəbul ediridi.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2015-ci ildə yük daşınması 52,2 mln. ton, yük dövriyyəsi isə 10 956,1 mln. ton/km olub. Yüklərin 58,7%-i avtomobil nəqliyyatı, 29,7%-i dəmir yolu nəqliyyatı, 11,6%-i dəniz nəqliyyatı ilə daşınıb.