Accessibility links

Bakıda güclü leysan (Video)


Bakıda güclü leysan
please wait

No media source currently available

0:00 0:01:18 0:00

Bakıda güclü leysan

Onlarla küçələri sel suları basıb

Bakıda sentyabrın 23-də axşam saatlarında başlayan yağış sentyabrın 24-də gecə güclü leysana keçib.

Paytaxtın mərkəzi prospekt və küçələri də daxil olmaqla onlarla küçələrində böyük sel axınları yaranıb. Sel axınları o qədər güclü olub ki, onlarla avtomobillər yollarda qalıb. Çoxsaylı evləri sel suları basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti qabaqcadan əhalini gözlənilən leysanla bağlı xəbərdar etməmişdi.

Departamentin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, sentyabrın 24-də gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG