Accessibility links

Gələn il Bakıdan Amerikaya birbaşa təyyarə reysi planlaşdırılır


Boeng-767
Boeng-767

Bunun üçün ABŞ federal aviasiya idarəsi Azərbaycan dövlət aviasiyasında nəzarət keyfiyyətini yoxlayacaq, sonra "A" kateqoriyası üzrə qiymət verəcək.

Bu ilin avqustunda Azərbaycan beşinci “Boeing”i alacaq. Hələlik, Azərbaycanın AZAL və “Silk Way” aviaşirkətlərinin 4 “Boeing-747” və 1 “Boeing-767”si var.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru "Yeni Azərbaycan" Partiyasının rəsmi internet saytına bildirib ki, 2014-cü ildə daha bir neçə “Boeing-787” alınacaq.
Bundan başqa, AZAL gələn il Amerikaya birbaşa reys planlaşdırır. Direktorun fikrincə, bu, prioritetlərdən biridir. Bunun üçün ABŞ federal aviasiya idarəsi Azərbaycan dövlət aviasiyasında nəzarət keyfiyyətini yoxlayacaq, sonra "A" kateqoriyası üzrə qiymət verəcək.

Plana görə, yerli texniki audit bu ilin sonunda, Amerika federal auditi gələn il həyata keçiriləcək, - deyə Məmmədov bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG