Accessibility links

Yağış Bakı küçələrini keçilməz edib


Bakıda yağış
Bakıda yağış

Bakıda gecə saatlarından başlayan güclü yağış nəticəsində çoxsaylı küçələri su basıb, maşınların hərəkətində çtinliklər yaranıb, bir çox küçələr piyadalar üçün keçilməz olub.

Bakıda yağış
Bakıda yağış

Amerikanın Səsinin müxbirinin məlumatlarına görə, bəzi küçələrdə sel suları nəticəsində yaranan gölməçələrin dərinliyi 50-60 santimetrədək çatıb.

Paytaxtın mərkəzi küçələri də daxil olmaqla, Bayıl yolunda, Çermetdə, Ziya Bünyadov prospektində, Sabunçu qəsəbəsində,Yasamal ərazisində, Xırdalanda, Binəqədidə geniş gölməçələr var, digər bir çox küçələr keçilməz olub.

Bakıda yağış
Bakıda yağış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, martın 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə 6, Daşkəsən, Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində 10-15 sm-ə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, qeyri-sabit hava şəraiti martın 30-da da davam edəcək. Bakıda və Abşeron yarımadasında martın 29-30-da arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimal-qərb küləyi arabir güclənəcək.

XS
SM
MD
LG