Accessibility links

Bakıda intenisv yağışlar problem yaradıb


Bakıda yağış
Bakıda yağış

Martın 20-də gecə güclü yağış Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Bir çox yolarda yağış suyu 30-50 santimetrədək qalxıb. Bu isə avtomobillərin yollarda qalmasına səbəb olub.

Yıxılmış ağac
Yıxılmış ağac

Güclü külək ağacları aşırıb. Neft Akademiyasının qarşısında hündür küknar ağacının aşması Dilarə Əliyeva küçəsində hərəkətin dayanmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində avtomobillərdə köməksiz vəziyyətdə qalmış 7 nəfəri xilas edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 21-də gecə və səhər Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz oluanacaq. Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

XS
SM
MD
LG