Accessibility links

Balidə vulkan püskürməsi səbəbi ilə turistlər adanı tərk edə bilmir


İndoneziyanın turist adası Balidə vulkan püskürməsi səbəbi ilə turistlər adanı tərk edə bilmir. Bir həftədə 3-cü dəfə püskürən vulkan 6 min metrlik yüksəkliyə tüstü və buxar yayıb.

İndoneziya rəsmilərinin bildirdiyinə görə, 7 minə yaxın uçuş təxirə salınıb. Lombok adasının hava limanı bağlansa da, Balinin əsas aeroprtu açıqdır.

25 min nəfərin təxliyə edildiyi bildirilir. Yerli icmaların sakinləri təmkinə çağırılıb.

İndoneziyanın ən məşhur turist adası olan Balini hər il 5 milyon insan ziyarət edir.

İndoneziya "Alov çevrə"sində yerləşdiyi üçün davamlı vulkan püskürmələri və seysmik fəaliyyətlərlə üzləşir.

Aqunq dağında son vulkan püskürməsi 1963-cü ildə olmuş, nəticədə 1000-dən çox insan həyatını itirmişdi.

XS
SM
MD
LG