Accessibility links

Kanadanın turist gəmisinin batması nəticəsində 5 nəfər həlak olub


Kanadanın qərb sahilində balina seyr etmək üçün səyahət edən turist gəmisinin suya qərq olması nəticəsində azı beş nəfər həlak olub.

Göyərtəsində 27 sərnişin və ekipaj üzvü olan gəminin Britaniya Kolumbiya vilayətinin Tofino regionu yaxınlığında batmasına nəyin səbəb olduğu hələlik aydın deyil.

Azı 21 nəfər xilas edilib və onların əksəriyyəti xəstəxanaya çatdırılıb. Bir nəfərin axtarışları davam edir. Island Health şirkətinin sözçüsü bildirib ki, onlardan birinin vəziyyəti sabit-ağır olaraq qalır. Hadisə bazar günü gecə saatlarında baş verib.

Qayığın aid olduğu şirkətdən alınan məlumata görə turist gəmisi balinaları görmək üçün turistləri Vankuver adası yaxınlığında səyahətə çıxarıb.

Dünən şirkət bildirib ki, sərnişin və ekipaj üzvlərinin xilasetmə əməliyyatı başa çatdıqdan sonra hadisə ilə əlaqədar daha geniş məlumat veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG