Accessibility links

Balıq pəhrizi - Sağlam həyat tərzi [Video]


Balıq pəhrizi
please wait
Embed

No media source currently available

0:00 0:01:29 0:00

Amerikanın Ürək Assosiasiyası sağlam pəhriz olaraq, həftədə azı iki dəfə balıq yeməyi məsləhət görür. Hazırda isə yeni araşdırmaların nəticələri belə göstərir ki, ibtidai insanlar balığın xeyirlərini bildikləri üçün ondan çox istifadə edib. İndi alimlər minlərlə il əvvəl Daş dövründə Skandinaviyanın cənub bölgəsində insanların zülalla bol balıq yediklərini öyrənir.

Əgər siz doğrudan da qədim Paleo pəhrizini saxlamaq istəyirsinizsə, onda diqqətinizi balığa yönəltməlisiniz. Lund universitetinin alimləri 10 min il əvvəl, Daş dövründə qədim Skandinaviyada insanların nə yediyini dəqiq bilir.

Onlar bunu Skandinaviyada 80 ən qədim insanın skeletindəki sümüklərində kimyəvi analizlərlər nəticəsində aşkar edib. Lund universitetind'n Adam Botius: “Əslində nə yeyirsənsə, o san. Beləliklə, stabil izotoplar üzərində araşdırma apararkən, insanın nə yediyi haqda məlumat əldə edilir.”

Alimlər 10 500-dən 7 500 il əvvələ qədər yaşayan insanların 3 minillik ərzində pəhrizindəki zülalları araşdırıb. “Balıq pəhrizin 50 və ya 70 faizini təşkil edir. Əgər siz ona su itləri və delfinlər kimi məməliləri də əlavə etsəniz, bu rəqəm 70 faizdən 100 faizə qalxacaq və pəhriziniz yalnız su qaynaqlarından ibarət olacaq.”

İsveçdəki yaşayış məntəqələrindən birinin sakinləri züllalların yarıdan çoxunu sonradan istifadə üçün qurudulub saxlanan balıqlardan alırdı.

Belə bir qənaətə gəlinib ki, Paleo pəhrizindən istifadə edənlər zülalla zəngin pəhrizin 10 min il əvvəl yaşayan insanlara təsirini yaxşı bilir. Bu pəhriz bu gün də sağlam həyat tərziinn bir hissəsi ola bilər.

XS
SM
MD
LG