Accessibility links

Balqabaq çempionu [Video]


Balqabaq çempionu
please wait
Embed

No media source currently available

0:00 0:00:43 0:00

Hər payız Birləşmiş Ştatlarda hər yerdə balqabaqlara rast gəlmək olur. Lattelərdən və dondurmalardan tutmuş piroqlar və peçenyələrə kimi hər şeydə balqabaqdan istifadə olunur. Onlardan həm də Hallovin üçün fənərlər hazırlayırlar.

Hallovinə az qalmış bir vaxtda Aşrita Durman bir dəqiqə ərzində çəkiclə ən çox balqabaq əzmək üzrə Qinnes rekordunu qırıb. Öncəki rekord 15 balqabaq idi. Bu dəfə isə Aşrita 60 saniyə ərzinə 31 balqabaq əzib.

“Siz bunu sadəcə olaraq güc nümayişi kimi görə bilərsiniz. Müəyyən dərəcədə bu belədir də. Amma mən gördüm ki, balqabağın tam ortasından güclü vursam, o zaman o daha çox əzilir. Yəni balqabağı düzgün yerdə düzgün bucaqdan vurmaq lazımdır”, Furman deyir.

Əzilmiş balqabaqlardan piroqlar hazırlanıb.

Furman deyir ki, hazırda o, 200-dən çox Qinnes rekorduna sahibdir. Bu rekordlardan biri də ən çox Qinnes rekorduna sahib olmaq rekordurdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG