Accessibility links

Amerikalıların yeni hobbisi: Balta tullamaq [Video]


Amerikalıların yeni hobbisi: Balta tullamaq
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Amerikalıların yeni hobbisi: Balta tullamaq

Eynilə çəkic və mismar kimi balta və taxta da bir-biri üçün yaradılıb.

Bura “Balta tullama” klubudur. Lindza Rout kimi ilk dəfə balta tullayan insanlar burada öz qorxuları ilə üzləşirlər/

“Siz baltanı tullayan zaman gərək əvvəlcə onu yuxarı qaldırasınız. Baltanın tiyəsi üzümə yaxınlaşanda qorxurdum. Amma artıq öyrəşmişəm." - deyə, Lindza bildirib.

Dart oyunu kimi burada da rəqiblər hədəf nöqtələri vuraraq xal qazanırlar. Dart kimi bu oyunda da strategiya qurmalısan. Yarış iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün balta atılan yerlər qəfəs formasında tikilib.

2014-cü ildən başlayaraq balta tullamaq fəaliyyəti Şimali Amerikanın şəhər ərazilərində çox populyarlaşıb. Balta tullama klubu Kanada ərzaq bankına və Porta Rikoda qasırğadan əziyyət çəkənlərə kömək etmək məqsədilə pul toplama tədbirləri keçirir.

Amma bu idmançılar üçün son məqsəd dekabr ayında keçiriləcək Dünya Balta Çempionat Liqasında iştirak etmək hüququ qazanmaqdır.

XS
SM
MD
LG