Accessibility links

Baltimor - İlklər şəhəri

ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin ləqəblərindən biri də "İlklər şəhəri"dir. Bu ləqəb Baltimor şəhərinə ABŞ tarixi boyunca sakinlərinin sənaye, nəqliyyat, elm və təhsil sahələrində əldə etdikləri mühüm nailiyyətlər və çoxsaylı yeniliklər nəticəsində verilib.
Sizə Baltimorun nüfuzunda böyük rol oynamış "ilklər" siyahısının top beş faktı təqdim edirik:
1. Amerikada ilk çətir zavodu 1828-ci ildə Baltimor şəhərində açılıb;
2. İlk elektrik soyuducusu 1803-cü ildə Baltimor şəhərində Tomas Mur tərəfindən icad edilib;
3. Baltimor Amerikanın dəmir yollarının vətənidir;
4. 1850-ci ildə ilk dəfə olaraq Baltimor sakini Tomas Kensett meyvə və tərəvəzlərin konservləşdirilməsi texnikasını təkmilləşdirib;
5. İlk portativ elektrik drel 1916-cı ildə Baltimorda yerləşən Black & Decker şirkəti tərəfindən hazırlanmışdır. Black & Decker hazırda elektrik alətlərinin əsas istehsalçısı olaraq qalır.

Daha çox yüklə

XS
SM
MD
LG