Accessibility links

Baltimor hadisələrindən bir il keçir [Video]


Baltimor hadisələrindən bir il keçir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Merilend ştatının Baltimor şəhərində baş verən kütləvi nümayişlərdən bir il keçir. Nümayişlər 1960-cı ildən bəri ən zorakı hadisələr olaraq yadda qalıb. Afrikalı Amerikalı gənc yeniyetmənin həbs olunduqdan sonra polis avtomobilində götürülərkən ağır yaralanması ilə həlak olması nümayişlərin başlamasına səbəb olmuşdu. Baltimor şəhərinin altı polis zabiti gəncin ölümündə günahlandırılır və məhkəmə işini gözləyir.

Baltimorda 2015-ci ilin aprel ayında fövqaladə hal elan olunmuşdu.

Əsasən gənc Afrikalı Amerikalılar və polis arasında nümayişlər zamanı gözlənilmədən qarşıdurma yaşanmış, 20-yə yaxın polis işçisi və 250 nümayişçi hadisə zamanı xəsarət almışdı. Şəhərdə 350-yə yaxın iş yeri zərər görmüşdü.

Antoni Betts: “Bu nümayiş deyildi. Bu Birinci Düzəliş haqları deyildi. Bu sadəcə cinayət hadisəsi idi. Ətraf-mühitə zərər vermək.”

“Dünyada sükut anı. Qara dərililər üçün sükut anı. Ən əsası bizi bir araya gətirən gənc üçün bir dəqiqəlik sükut.”

Nümayişlər 25 yaşlı Freddi Qreyin səhvən həbs və həlak olmasından sonra başladı. Hadisələr bütün xalqın diqqətini çəkdi. Derrik Çeys uzun müddətdir ictimai fəal kimi tanınır.

Derrik Çeys:”Onlar buna cavab verdilər. Tarixi yoxsulluğa. Onlar Baltimordakı tarixi rasizmə cavab verdilər.”

Çelsia Qilmer: ”Mən məhəlləmizin ətrafındakı qarşıdurmanı görəndə dəhşətə gəldim.”

Hadisələr 14 yaşlı Çelsia Qilmerin yadından çıxmır. O, həmin hadisələrdən sonra az şeyin dəyişdiyini deyir.

Çelsia Qilmer: ”Biz gənclərin səsini eşitməliyik. Hər şeyin həll olunması üçün daha çox insanı dinləməliyik.”

Ronald Moten:”Sənin gənc dostların öldürülür?”

Gənclər üzrə müşavir Ronald Moten bu gənclərdən hisslərini və hadisədən sonra nəyin dəşdiyini öyrənməyə çalışır.

Şəhərin qaradərili yeniyetmələri ayrı-seçkilikdən şikayətlənir. İş imkanlarının, məktəbə davamiyyətin və polisə qarşı inamın azalması başlıca problemlərdir.

Derrik Çeys: “Mən nümayişlərə mənfi baxmıram. Düşünürəm ki, bu insanların həyatlarını formalaşdırması üçün bu qığılcıma ehtiyacları vardı.”

Bəzi sakinlər irəliləyişin ölçülməsinin çətin olduğunu deyir. Digərləri isə indi bu şəhəri daha yaxşı yaşanacaq məkan etmələri üçün daha çox arzuları olduğunu bildirir.

XS
SM
MD
LG